ABŞ Prezidenti Donald Tramp jurnalistlərlə söhbəti zamanı İsraillə İranı qarışdıraraq Amerika hərbçilərinin İsrail ordusunu məhv etdiyini bildirib.
Denmedia.az xəbər verir ki, söhbətin videogörüntüsünü “X” sosial şəbəkəsində “Acyn” adlı istifadəçi yayımlayıb.
Paylaşım müəllifinin sözlərinə görə, Ağ Ev rəhbəri Vaşinqtonun İsrailin yeni rəhbərliyi ilə necə əməkdaşlıq edəcəyinə dair sualı cavablandırarkən yanlışlığa yol verib.
“Onların ordusu yoxdur. Orduları darmadağın edilib, hərbi hava qüvvələri, donanması və hava hücumundan müdafiə qüvvələri məhv edilib. Biz onların nüvə obyektlərini dağıtdıq, onlar isə bunun qarşısını almaq üçün heç nə edə bilmədilər”, – Tramp bildirib.

