“Vəhdət Partiyasına imtina cavabı gəlib. Digər partiyalarla bağlı göstərilən səbəblər biz də göstərilib – ad, soyad, ata adı, təvəllüd və telefon nömrələri ilə bağlı məsələlərdir. Bunları yoluna qoyub aydınlaşdırmalıyıq. Rayon yerlərində elə xanımlarımız var ki, telefon nömrələrini vermirlər, həyat yoldaşının, qardaşının nömrəsini qeyd edirlər. Yaxud bir ailədən bir nömrə qeyd olunub. Telefon nömrələrinin eyni olması o demək deyil ki, bu adamlar Vəhdət Partiyasının üzvü deyillər. Digər məsələlərdə də var. Məsələn, hərf, nöqtə səhvi olub və reyestrdə düz gəlməyib. Partiya funksionerləri bu işlə məşğul olublar, çalışmışıq. Fikrimiz var ki, deyilən nöqsanları Ədliyyə Nazirliyi ilə müzakirə edək, bəzi məsələləri aydınlaşdıraq…”
Den.az xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini, Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib.
Ədliyyə Nazirliyindən deputatın partiyasına imtina cavabı gəldi

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.