Türkiyədə “Halk TV” telekanalı ilə bağlı aparılan istintaq çərçivəsində üçüncü əməliyyat dalğası həyata keçirilib.
Denmedia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, əməliyyat çərçivəsində 12 nəfər barəsində saxlanılma qərarı çıxarılıb, onlardan 9-u saxlanılıb.
Saxlanılanlar arasında telekanalın tanınmış aparıcısı Ece Üner və onun həyat yoldaşı, aparıcı Deniz Bayramoğlu da var.
“Halk TV”nin xəbər koordinatoru Hakan Kürşad Oğuz barəsində də saxlanılma qərarı çıxarılıb. İstanbul Baş Prokurorluğunun məlumatına görə, Oğuz hazırda ölkə xaricindədir.
İstintaq çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, cinayətkar təşkilat yaratmaq və onun üzvü olmaq, ictimaiyyəti yanıltmağa yönəlmiş məlumatları açıq şəkildə yaymaq, rüşvət, tender proseslərinə qanunsuz müdaxilə və vergi qanunvericiliyinin pozulması ilə bağlı ittihamların irəli sürüldüyü bildirilir.
Sözügedən ittihamlar hələ məhkəmə hökmü ilə təsdiqlənməyib.

