Soyuq havalarda əllərin dərisini qorumaq üçün gecə yatmazdan əvvəl qatı konsistensiyalı bərpaedici krem çəkmək tövsiyə olunur.
Denmedia.az “Radio 1”ə istinadən xəbər verir ki, bu barədə kosmetoloq Anastasiya Pantus bildirib.
Mütəxəssis soyuq havalarda əlcək taxmağın vacibliyini vurğulayıb. Onun sözlərinə görə, əlcəkləri əllər soyuduqdan sonra deyil, evdən çıxmazdan əvvəl taxmaq lazımdır.

“Gecə yatmazdan əvvəl daha qatı konsistensiyalı bərpaedici krem çəkmək, ehtiyac olduqda isə əlavə olaraq pambıq əlcək taxmaq məsləhətdir. Soyuqdan donmuş əlləri çox isti suyun altında isitmək də düzgün deyil. Temperaturun kəskin dəyişməsi və isti suyun təsiri dərinin quruluğunu və qıcıqlanmasını artıra bilər”, – kosmetoloq qeyd edib.

