Amerikalı aktyor Robert De Niro Henri, Con və Bobbi adlı üç iti ilə birlikdə “L’Officiel” jurnalı üçün fotosessiyaya çəkilib.
Denmedia.az “L’Officiel” nəşrinə istinadən xəbər verir ki, 83 yaşlı aktyor sevimli itləri ilə müxtəlif obrazlarda kamera qarşısına keçib.
Fotolardan birində De Niro boz yun palto və qara boğazlı köynəkdə, kürən rəngli itini qucağında tutaraq poza verib.

Digər fotoda aktyor qara köynək və şalvarda yazı masasının arxasında əyləşib. Masanın üzərində isə sahibinin geyiminə uyğun rəngdə tükləri olan iti yer alıb.
Başqa bir görüntüdə tünd boz toxunma jaket və köynək geyinən aktyor krem rəngli şpis cinsindən olan itini dizləri üzərində əyləşdirib.

Qeyd edək ki, noyabr ayında Robert De Niro 47 yaşlı sevgilisi ilə birlikdə görüntülənib. Cütlük aktyorun baş rollardan birini canlandırdığı “Focker-in-Law” adlı yeni komediya filminin qala nümayişində iştirak edib.

