Azərbaycanın Türkiyədəki səfirliyi UEFA Avropa Liqasında İsrailin Beer-Şeva şəhərinin “Hapoel” komandası üzərində qələbə qazanan “Beşiktaş” futbol klubunu təbrik edib.
Denmedia.az xəbər verir ki, bu barədə diplomatik nümayəndəlik paylaşım edib.
“UEFA Avropa Liqasında Beer-Şevanın ‘Hapoel’ komandası üzərində qələbə qazanan ‘Beşiktaş’ futbol klubumuzu ürəkdən təbrik edir, uğurlarının davamını arzulayırıq”, – paylaşımda bildirilib.
Azərbaycan səfirliyi, həmçinin UEFA Konfrans Liqasında Bolqarıstanın Sofiya şəhərinin ÇSKA komandasını məğlub edən “Trabzonspor” klubunu da təbrik edib.
“UEFA Konfrans Liqasında Sofiya ÇSKA-sı üzərində 2:1 hesablı inamlı qələbə qazanan ‘Trabzonspor’ futbol komandasını ürəkdən təbrik edir, bordo-mavililərə Avropa arenasında yeni qələbələr arzulayırıq!” – səfirliyin paylaşımında qeyd olunub.

