Abşeronda 17 yaşlı tələbə beşinci mərtəbədən yıxılaraq ölüb.
Denmedia.az xəbər verir ki, hadisə Xırdalan şəhərində AAAF Park yaşayış kompleksinin 28-ci küçəsində mənzil 27-də qeydə alınıb.
Qonşuların bildirdiyinə əsasən, o, bacısı ilə birlikdə mənzildə yaşayırmış. Əslən Tovuz rayonundan olan Həsən Əlili 662.2 balla DİA-nın hüquq fakultəsinin tələbəsi imiş. Hadisənin ehtiyatsızlıq nəticəsində binanın eyvanından yıxılma səbəbindən baş verdiyi bildirilir.
Qonşular bildirir ki, 17 yaşlı Həsən Əlili sakit təbiətli olub və öz tərbiyəsi ilə seçilirmiş . Qeyd edək ki, bir gəncin həyatının bu qədər erkən sona çatması faciədir. Hadisənin bütün təfərrüatları araşdırma nəticəsində məlum olacaq.

