Azərbaycan Prezidenti İlham Əliyev Milli Məclisin noyabrın 24-də qəbul etdiyi Xəzər dənizinin Azərbaycan sektorundakı “Abşeron” dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında qanunu təsdiqləyib.
Denmedia.az xəbər verir ki, sənədə əsasən, SOCAR, “TotalEnergies EP Absheron B.V.”, “SOCAR Absheron” və “ADNOC International ProjectCo 1RSC Limited” şirkətləri arasında bağlanmış saziş yeni redaksiyada təsdiq edilib.

