Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistan və Səudiyyə Ərəbistanı ilə birgə müdafiəyə dair Məkkə sazişini təsdiqləyib.
Denmedia.az xəbər verir ki, dövlət başçısının müvafiq fərmanı rəsmi hökumət qəzetində dərc olunub.
“2026-cı il avqustun 7-də Məkkə şəhərində imzalanmış Türkiyə Respublikası, Pakistan İslam Respublikası və Səudiyyə Ərəbistanı Krallığı arasında birgə müdafiəyə dair Məkkə sazişinin təsdiqlənməsi qərara alınıb”, – fərmanda qeyd edilib.
Səudiyyə Ərəbistanı, Pakistan və Türkiyə arasında imzalanan sazişin əsas müddəasına görə, iştirakçı ölkələrdən birinə edilən hücum hər üç dövlətə qarşı təcavüz kimi qiymətləndiriləcək.

