Noyabrın 28-də Azərbaycanda gözlənilən hava şəraiti barədə məlumat verilib.
Denmedia.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 6–9, gündüz 12–16 dərəcə isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunu, nisbi rütubət 55–65 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 2–7, gündüz 12–17 dərəcə isti, dağlıq ərazilərdə isə gecə 0–5 dərəcə şaxta, gündüz 3–8 dərəcə isti olacaq.

