Dietoloq Viktoriya Kostrova qan təzyiqini dərmansız aşağı salmağa kömək edə biləcək içki barədə danışıb.
Denmedia.az UfaTime.ru-ya istinadən xəbər verir ki, mütəxəssisin fikrincə, bu baxımdan ən faydalı içkilərdən biri hibiskusun qurudulmuş çiçəklərindən hazırlanan qırmızı karkade çayıdır.
Dietoloqun sözlərinə görə, bu çayın tərkibində bitki mənşəli antioksidantlar və qan damarlarının rahatlamasına kömək edən maddələr var. Bu xüsusiyyətlər qan təzyiqinin aşağı düşməsinə təsir göstərə bilər.
Kostrova istinad etdiyi araşdırmanın nəticələrinə əsasən bildirib ki, altı həftə ərzində gündə üç fincan karkade çayı içən şəxslərin sistolik (yuxarı) qan təzyiqi orta hesabla 5–7 mm civə sütunu azalıb.

Mütəxəssis karkade çayından faydalanmaq üçün onu şəkərsiz içməyi tövsiyə edib. O, aşağı qan təzyiqindən əziyyət çəkən şəxslərin bu içkidən uzaq durmalı, hipertoniya əleyhinə dərman qəbul edənlərin isə ehtiyatlı olmalı olduqlarını vurğulayıb.
“Karkade çayı hipertoniyanın müalicəsini əvəz etmir. Qan təzyiqi davamlı olaraq yüksəkdirsə, səbəbini müəyyənləşdirmək və uyğun müalicə seçmək üçün həkimə müraciət etmək lazımdır”, – dietoloq bildirib.

