Şirniyyat yemək həqiqətən əhval-ruhiyyəni yaxşılaşdırır, lakin artıq çəki artımına səbəb ola bilər.
Bu barədə dietoloq və qidalanma üzrə mütəxəssis Roman Pristanski xəbərdarlıq edib.
Denmedia.az xəbər verir ki, Pristanski “Radio 1”ə müsahibəsində vurğulayıb ki, əsas məsələ şirin bulka və tortların kalori dəyərini gündəlik qida rasionunda nəzərə almaq və müəyyən edilmiş kalori normasını aşmamaqdır.
Mütəxəssisin sözlərinə görə, əsas məsələ şirniyyat və un məmulatlarını gündəlik kalori normasına uyğun istehlak etmək, həmin həddi aşmamaqdır.

“Tez mənimsənilən karbohidratlarla əhval-ruhiyyə arasında həqiqətən əlaqə var. Mağazalarda satılan batonçiklərin enerji batonçikləri adlandırılması da təsadüfi deyil. Onların tərkibində orqanizmi enerji ilə təmin edən karbohidratlar mövcuddur. Əgər gün ərzində qəbul etdiyimiz kalori gündəlik normadan aşağıdırsa, bir qədər şokolad yeyərək əhvalımızı yüksəltməyə heç nə mane olmur”, – dietoloq qeyd edib.

