İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyev səhhəti ilə əlaqədar vaxtından əvvəl azadlığa buraxılıb.
Denmedia.az xəbər verir ki, Vilyam Hacıyev 2020-ci il mayın 5-də Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb.
O, xüsusilə külli miqdarda vəsaiti mənimsəməkdə və rüşvət almaqda təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum edilib.
Daha sonra Ali Məhkəmənin qərarı ilə onun cəza müddəti 8 il 6 aya endirilib.

