Artıq bir neçə gündür ki, demək olar bütün sosial şəbəkələrdə uşaq oğurluğu ilə bağlı məlumatlar yayılır.
Den.az xəbər verir ki, Xırdalanda isə 13 yaşlı şagirdi naməlum şəxslər oğurlamağa cəhd ediblər.
İddialara görə, hadisə səhər saatlarında məktəbin yaxınlığında baş verib. Uşaq dərsdən çıxıb evə gedərkən bir avtomobil dərsdən çıxan şagirdə yaxınlaşıb. Avtomobildə olan şəxs onu zorla maşına mindirməyə çalışıb. Lakin yeniyetmə çevik tərpənərək cinayətkarın əlindən qaçıb. Uşağım dedi ki, əllərində dəsmal kimi bir şey vardı, məni tutub maşına soxmaq istəyirdilər", - deyə ana bildirib.
İddialarla bağlı Xırdalan şəhərində yerləşən 1 nömrəli məktəbəndə bildirilib ki, bu həqiqəti əks etdirmir. Belə bir hal baş versəydi özümüz hüquq mühafizə orqanlarına müraciət edərdik. DİN-dən bildirilib ki, araşdırma zamanı valideynlərinin iddiası öz təsdiqini tapmayıb.
Mövzu ilə bağlı XəzərXəbəin videomaterialını təqdim edirik: