14 
mar
2024
12:50
97

Şirvanda məktəbin qarşısında şagirdi maşın vurdu

14 mar, 2024
12:50
97

Şirvanda məktəbin qarşısında şagirdi maşın vurdu

Şirvan şəhərində orta məktəb şagirdini maşın vurub.

Den.az Metbuat.az-a istinadən xəbər verir ki, hadisə səhər saatlarında Şirvan şəhər 10 saylı tam orta məktəbin qarşısında baş verib. Həmin məktəbin 4-cü sinif şagirdi, 2015-ci il təvəllüdlü Piriyeva Səma Elçinbəy qızı dərsdən çıxan zaman yolu keçərkən maşın vurub. Hadisə nəticəsində müxtəlif bədən xəsarətləri alan azyaşlı xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar