Son vaxtlar avtomobillərin arxa şüşəsində yazılan ifadələrə demək olar ki, tez-tez rast gəlinir.
Den.az Xezerxeber.az-a istinadən xəbər verir ki, xüsusi reklam lövhəli şirkət avtomobilləri istisna olmaqla digər yazılar, fotoların maşınların arxa tərəfinə kustar üsulla vurulması dəb halını alıb.
Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru Araz Əsgərli deyir ki, bəzən avtomobilin üzərinə o qədər lüzumsuz ifadələr yazılır ki, bu, hərəkətdə olan digər nəqliyyat vasitəsinin fikrini yayındırır.
Araz Əsgərli qeyd edir ki, qanunvericilikdə bunun cəriməsi yoxdur. Amma belə avtomobillər aşkar edildikdə sürücüdən o yazıları və ya fotonu silmək tələb edilir.
Baş inspektor hesab edir ki, sürücülər belə yazılara və fotolara üstünlük verməkdənsə avtomobilin texniki sazlığına diqqət etsələr daha faydalı olar.
Maşına müxtəlif ifadələr yazanlar cərimələnir? - Belə avtomobillər aşkar edildikdə... (VİDEO)

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.