Azərbaycan Respublikası Milli Məclisinin 45 saylı Sumqayıt dördüncü seçki dairəsindən deputatı Səbinə Salmanoa Sumqayıtda yaşayan, şəhər ərazisində və Bakıda fəaliyyət göstərən müxtəlif media orqanlarında çalışan jurnalistlərlə görüşüb.
8 Noyabr - Zəfər Günü ərəfəsində keçirilmiş görüş Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbiri giriş sözü ilə açan deputat Səbinə Salmanova söyləyib ki, 8 Noyabr Zəfəri Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin yenilməz iradəsinin və böyük sərkərdəlik məharətinin, Azərbaycan Silahlı Qüvvələrinin döyüş əzminin, peşəkarlığının təntənəsidir:
“44 günlük Vətən müharibəsində Prezident İlham Əliyevin rəhbərliyi ilə Ordumuz əsl qəhrəmanlıq dastanı yazdı. Bununla da Ermənistanın 30 illik işğalına son qoyuldu və dövlətimizin ərazi bütövlüyü təmin edildi. Biz qalib xalq, dövlət kimi bundan sonra əbədi olaraq öz tarixi torpaqlarımızda xoşbəxt, firavan və təhlükəsiz şəraitdə yaşayacağıq”.
Daha sonra millət vəkili media ilə əlaqələrə önəm verdiyini qeyd edərək ölkəmizdə media subyektlərinə, jurnalistlərə göstərilən diqqət və qayğıdan bəhs edib: “Azərbaycanda mətbuatın maneəsiz fəaliyyət göstərməsi, onun dünya təcrübəsi ilə zənginləşdirilməsi,
xüsusilə media subyektlərinin maddi-texniki bazasının yaxşılaşdırılması, o cümlədən peşəkar səviyyələrinin yüksəldilməsi və jurnalistlərin hüquqlarının müdafiəsi üçün dövlətimiz tərəfindən lazım olan bütün addımlar atılmışdır. Dövlətimizin başçısı cənab İlham Əliyev jurnalist əməyini həmişə yüksək qiymətləndirir. Dövlətimiz media sahəsində mövcud problemlərinin həlli üçün mümkün olan hər şeyi edir”.
Toplantıda çıxış edən jurnalistlər mətbuat nümayəndələri ilə sıx əlaqələrin qurulmasının və bu kimi tədbirlərin keçirilməsinin vacibliyindən danışıblar.
Tədbirdə həmçinin deputat-jurnalist münasibətləri, cəmiyyətdə olan proseslər, Azərbaycanın daxili və xarici siyasəti, ölkəmizin uğurları və s. məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Səmimi şəraitdə keçirilmiş görüşdə deputat Səbinə Salmanova media nümayəndələrinin suallarını cavablandırıb və onların təkliflərini dinləyib.
Səbinə Salmanova Sumqayıtda jurnalistlərlə görüşdü - FOTOLAR

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.