Türkiyənin iqlim, şəhərsalma və ətraf mühit naziri Murat Kurum 2023-cü ilin fevralında baş verən güclü zəlzələ zamanı Kahramanmaraşda dağılan məktəbin yerində inşa edilən Heydər Əliyev adına məktəbin görüntülərini paylaşıb.
“Den.az” xəbər verir ki, o, “X” hesabında etdiyi paylaşımda məktəbin təbii fəlakətlərə dayanıqlı olduğunu qeyd edib.
“İndi həmin məktəbin koridorlarında övladlarımızın sevinci və həyəcan səsləri eşidilir”, - deyə nazir paylaşımına əlavə edib.
Qeyd edək ki, sözügedən Sezai Karakoç məktəbi “Toplu Konut İdaresi Başkanlığı” (TOKİ) və Azərbaycan tərəfindən birgə inşa olunub, 2024-cü ilin sentyabrında isə açılışı baş tutub.
Həmin görüntüləri təqdim edirik:
[media=]