Türkiyədə ötən ilin fevralında baş vermiş güclü zəlzələdə uçan bəzi binaları inşa etmiş şəxslərin məhkəmə prosesləri davam edir.
“Den.az” Anadolu Agentliyinə istinadən xəbər verir ki, Kahramanmaraşda 69 nəfərin həyatını itirdiyi “Güneşli Kocabaş” yaşayış kompleksini tikmiş iş icraçılarına ötən gün hökm oxunub.
Kahramanmaraş 2-ci Cəza Məhkəməsinin hökmü ilə ittiham edilən 9 nəfərdən 8-nə 12 il 2 ay 20 gündən 14 il 5 ay 10 gün müddət aralığında həbs cəzası verilib.
Bildirilib ki, zəlzələ vaxtı binanın 7-ci bloku tamamilə çöküb. Araşdırmalar zamanı tikinti standartlarının pozulması məlum olub.
Qeyd edək ki, Türkiyənin cənub-şərqini əhatə edən güclü zəlzələ 50 minə yaxın insanın həyatını itirməsinə səbəb olub.
Türkiyədə 69 nəfərin öldüyü binanı tikənlərə ağır cəza verildi

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.