Abşeron Rayon İcra Hakimiyyətində kadr dəyişikliyi baş verib.
Denmedia.az xəbər verir ki, Masazır qəsəbəsinin ərazi üzrə icra nümayəndəsi Şahlar Həsənov yeni vəzifəyə təyin olunub.
O, Abşeron Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində məsul vəzifəyə gətirilib.
Məlumatı Abşeron Rayon İcra Hakimiyyətindən də təsdiqləyiblər.
Qeyd edək ki, Şahlar Həsənov Masazır qəsəbəsində uzun müddət icra nümayəndəsi kimi fəaliyyət göstərib və yerli idarəetmə sahəsindəki təcrübəsi ilə tanınıb.
Yeni təyinatın ərazi-idarəetmə sistemində fəaliyyətin daha da təkmilləşdirilməsi məqsədi daşıdığı bildirilir.
Ellada Rəsul