18 
apr
2024
20:34
2 968

Abşeron Rayon İcra Hakimiyyətində yüksək vəzifəyə TƏYİNAT-FOTO

18 apr, 2024
20:34
2 968

Abşeron Rayon İcra Hakimiyyətində yüksək vəzifəyə TƏYİNAT-FOTO

Abşeron Rayon İcra Hakimiyyətində yüksək vəzifəyə təyinat olub.

"Den.az" xəbər verir ki, İlkin Fazil oğlu Əsədov Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini təyin edilib.

Qeyd edək ki, İ.F.Əsədov bu təyinatadək Abşeron Rayon İcra Hakimiyyətində Ümumi şöbənin müdiri vəzifəsində çalışırdı.

Yeni təyin olunan gənc kadr Naxçıvan MR, Ordubad rayonunda doğulub. Bakalavr təhsilini Azərbaycan Dövlət İqtisad Universitetində, magistr təhsilini isə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında almışdır. Əlavə olaraq Türkiyənin İstanbul Universitetində makina mühəndisliyi, Böyük Britaniyanın London Universitetində isə beynəlxalq diplomatiya ixtisasları üzrə sertifikatlara yiyələnib. Xatırladaq ki, 2010-cu ildən Bakı şəhərinin müxtəlif rayonlarında icra hakimiyyətlərində bir çox vəzifələrdə çalışıb.

Ailəlidir, 2 övladı var.


Nizami Rəsulov
Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar