Sumqayıt Bələdiyyəsinin sədri Adil Xudadatov növbəti dəfə vətəndaşlarla görüş keçirib.
DenMedia.az xəbər verir ki, qəbulda şəhər sakinlərinin müxtəlif sosial-məişət məsələləri, infrastruktur problemləri və fərdi müraciətləri dinlənilib.
Müraciət edən vətəndaşların qaldırdığı məsələlərin bir qismi yerindəcə həllini tapıb, digər problemlərin aradan qaldırılması üçün isə aidiyyəti üzrə göstərişlər verilib.
Sədr bildirib ki, bələdiyyə olaraq Sumqayıt sakinlərinin qayğılarının dinlənilməsi və operativ həll olunması hər zaman diqqət mərkəzində saxlanılır:
"Vətəndaşların müraciətlərinə həssas yanaşmaq, onların problemlərinin aradan qaldırılması üçün bütün imkanlardan istifadə etmək bizim əsas vəzifəmizdir."
Qeyd edək ki, Sumqayıt Bələdiyyəsi mütəmadi olaraq vətəndaş qəbullarını davam etdirir.
Ellada Rəsul
DenMedia.az