Azərbaycanda elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanması, topdan və pərakəndə satışı, eləcə də istifadəsinin qadağan edilməsi təklif olunur.
Bu, “Tütün və tütün məmulatları haqqında” Qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Denmedia.az xəbər verir ki, sözügedən dəyişiklik Milli Məclisin aqrar siyasət, iqtisadi siyasət, sənaye və sahibkarlıq, həmçinin əmək və sosial siyasət komitələrinin birgə iclasında müzakirəyə çıxarılıb.
Bununla yanaşı, qızdırılan tütün məmulatları elektron siqaretlərə bərabər tutulmayacaq. Onlar tütün məmulatları kimi təsnif edilir və nikotin tərkibli aerozolun yanma və tüstü əmələ gəlmədən, yalnız qızdırılma yolu ilə yarandığı məhsullar hesab olunur.
Terminlərin dəqiqləşdirilməsi və yeni anlayışların tətbiqi tütün məhsullarının daha aydın təsnifatına və hüquq tətbiqi praktikasının sadələşdirilməsinə xidmət edir. Eyni zamanda ölkədə elektron siqaretlərin reklamına da qadağa qoyulur.

