Bayram günləri yaxınlaşdıqca Sumqayıt şəhərində küçə ticarətinin kəskin şəkildə artması artıq ənənəvi hal alıb.
Denmedia.az xəbər verir ki, səkilər, yol kənarları, yaşayış massivlərinin giriş-çıxışları qeyri-qanuni satış nöqtələri ilə dolur. Ərzaq məhsullarından tutmuş geyimə, oyuncaqdan pirotexniki vasitələrə qədər hər cür mal açıq havada, çox vaxt antisanitar şəraitdə və nəzarətsiz şəkildə təklif olunur.
Mövcud vəziyyət ictimai narazılıq doğurduğu bir vaxtda Sumqayıt Şəhər İcra Hakimiyyəti və Sumqayıt Bələdiyyəsi birgə genişmiqyaslı reydlərə start verib. Rəsmi məlumatlara görə, məqsəd qanunsuz küçə ticarətinin qarşısını almaq, şəhərin estetik görünüşünü qorumaq və vətəndaşların sağlamlığını risk altına alan halları aradan qaldırmaqdır.
Bu kimi reydlərin mütəmadi olaraq keçirilməsi nəzərdə tutulub.

