Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC)-nin pedaqoji kollektivi Ümumxalq Hüzn Günü ilə əlaqədar olaraq Bakıdakı Şəhidlər Xiyabanını ziyarət edib.
Denmedia.az xəbər verir ki, tədbir Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən qəhrəmanlarının əziz xatirəsini ehtiramla anmaq məqsədilə təşkil olunub.
Pedaqoji kollektiv şəhidlərin məzarları önünə güllər, xüsusilə qərənfillər düzüb, onların cəsur və fədakar xidmətlərini yad edərək bir dəqiqəlik sükutla onların xatirəsini ehtiramla anıblar.
Bu ziyarət bir daha göstərdi ki, gənc nəsillərə vətənpərvərlik hissini aşılayan belə anım tədbirləri UNEC-in ənənəvi və mühüm hissəsidir.
Pedaqoji kollektiv faciənin əsl mahiyyətini gənc nəsillərə çatdırmağın vacibliyini vurğulayıb, milli yaddaşımızda bu qanlı səhifənin daim yaşayacağını qeyd edib.
Nizami Rəsulov
Denmedia.az

