Erməni işğalçıları tərəfindən Qarabağda mülki əhaliyə qarşı törədilmiş daha bir terror aktından 34 il ötür.
1992-ci il yanvarın 28-də Ağdamdan Şuşaya uçan “Mi-8” mülki helikopteri ermənilər tərəfindən Xankəndi istiqamətində minaatanlardan atəşə tutulub.
Terror aktı Şuşa rayonunun Xəlifəli kəndi yaxınlığında törədilib. Hadisə nəticəsində 41 sərnişin — onların arasında çoxsaylı qadın və uşaqlar da olub — həlak olub, həmçinin 3 ekipaj üzvü həyatını itirib. Ümumilikdə 44 nəfər faciənin qurbanı olub.

