AZAL təyyarəsinin qəzasi ilə bağlı araşdırma aparan komissiya işi mümkün qədər tez başa çatdırmaq üçün bütün imkanları səfərbər etdiyini bildirib.
Bu barədə Qazaxıstanın Nəqliyyat Nazirliyindən РИА Новости agentliyinə məlumat verilib.
“Araşdırmanın başa çatma müddəti hələ dəqiq müəyyən edilməyib. Lakin komissiya prosesi mümkün qədər tez yekunlaşdırmaq üçün əlindən gələni edir”, – deyə nazirlikdən bildirilib.
Rəsmi qurum qeyd edib ki, istintaqın sürətləndirilməsi istiqamətində intensiv iş davam edir.

