Qazaxıstanın nəqliyyat naziri Nurlan Sauranbayev bildirib ki, Astana hələlik iki xarici laboratoriyadan araşdırmaların nəticələrini almayıb.
Nazirin sözlərinə görə, daxili razılaşma çərçivəsində modul tədqiqat materialları Rusiya və Azərbaycan tərəflərinə təqdim edilib, bundan sonra isə Bakı həmin materialları xarici ekspertlərə göndərib.
Sauranbayev vurğulayıb ki, faciə ilə bağlı yekun hesabat yalnız bütün xarici laboratoriyalardan məlumatlar alındıqdan sonra dərc olunacaq. O, həmçinin qeyd edib ki, avionikanın ayrıca modul bloku ekspertiza üçün amerikalı istehsalçıya göndərilib.

