Yaxın Şərqdə vəziyyətin gərginləşməsi ilə əlaqədar Ciddə şəhərindən Bakıya Azərbaycan vətəndaşları təxliyə edilib.
Daha əvvəl onların uçuşları hava hücumu səbəbindən ləğv olunmuşdu.
Məlumata görə, “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Boeing 787 Dreamliner tipli təyyarəsi Heydər Əliyev Beynəlxalq Hava Limanına eniş edib.
Xüsusi reyslə 200-dən çox Azərbaycan vətəndaşı ölkəyə gətirilib.

