Azərbaycanda həcc kvotası artıq 98 faiz dolub.
DenMedia.az xəbər verir ki, bu barədə Trend-ə Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin rəhbəri Vüsal Cahangiri məlumat verib.
Onun sözlərinə görə, kvota üzrə cəmi təxminən 2 faiz yer qalıb.
“Gözlənilir ki, kvota artıq bu gün tam dolacaq. Bu baş verərsə, sənəd qəbulu gün ərzində dayandırılacaq. Qeydiyyat başa çatdıqdan sonra ətraflı məlumat təqdim olunacaq,” — deyə Vüsal Cahangiri bildirib.
O həmçinin qeyd edib ki, həcc ziyarətinə ilk reys mayın 17-nə planlaşdırılıb və bu qrupda 180 nəfər olacaq.
Bu il həccin qiyməti 6 100 ABŞ dolları, yəni 10 388 manat təşkil edir.
Daha əvvəl Vüsal Cahangiri vurğulamışdı ki, regionda müşahidə olunan gərginlik müraciət prosesinə təsir etməyib, qeydiyyat adi qaydada davam edir və səfərdən imtina halları qeydə alınmayıb.

