ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun yaxın vaxtlarda İrana zərbələr endirməyi planlaşdırmadığını bildirib.
Bu barədə Amerika lideri “Financial Times” qəzetinə müsahibəsində danışıb.
Tramp İranla bağlı mövcud vəziyyətdən razı qaldığını bildirib və aralıq seçkilərdən sonra münaqişənin yenidən kəskinləşəcəyi barədə yayılan iddiaları təkzib edib.
“Görünür, istədiyimiz hər şeyi əldə edirik”, – deyə ABŞ Prezidenti vurğulayıb.
Tramp İsrailin Baş naziri Benyamin Netanyahunun adı ilə əlaqələndirilən və bu həftənin sonunda hücumların yenidən başlayacağına dair məlumatlara da münasibət bildirib.
O, zərurət yaranacağı təqdirdə Vaşinqtonun hərəkətə keçməyə hazır olduğunu, lakin buna ehtiyac qalmaya biləcəyini qeyd edib.

