Noyabrın 4-də Bakının Xətai və Suraxanı rayonlarının bəzi ərazilərində qaz təchizatında fasilələr yaranacaq.
Bu barədə SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, magistral qaz kəmərində aşkarlanan qaz sızmasının aradan qaldırılması ilə əlaqədar saat 10:00-dan təmir işləri başa çatanadək Xətai və Suraxanı rayonlarının bir sıra küçələrində qazın verilişində qısamüddətli fasilələr olacaq.

