Bakının Qaradağ rayonunda 80 yaşlı piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə “Abşeron” Ticarət Mərkəzinin qarşısında qeydə alınıb.
İbrahim Arzu oğlu İbrahimov idarə etdiyi “VAZ-21154” markalı avtomobillə yolu keçən Əfsər Əkbər oğlu Əhmədovu vurub.
Ağır xəsarətlər alan 80 yaşlı kişi xəstəxanaya çatdırılsa da, orada həyatını itirib.
Faktla bağlı cinayət işi başlanıb.

