Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam edir.
Dövlət proqramı çərçivəsində bu gün Cəbrayıl rayonunun Şükürbəyli kəndinə 9 ailə — 52 nəfər köçürülüb.
Bu barədə Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Doğma yurda qayıdan sakinlər göstərilən hərtərəfli dövlət qayğısına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Onlar həmçinin torpaqlarımızı işğaldan azad edən Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə təşəkkür edib, bu yolda canından keçən şəhidlərimizin xatirəsini ehtiramla yad ediblər.
Qeyd olunub ki, köçürülən ailələr indiyədək respublikanın müxtəlif ərazilərində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış şəxslərdir.

