“22 İyul Milli Mətbuat Günü “Şabranda qeyd olunub.
Denmedia.az-ın Şimal bürosu xəbər verirki, tədbir də Şabran Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov İcra Hakimiyyətinin məsul şəxsləri, KİV- nümayəndələri iştirak ediblər.
Şabran Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov bölgədə fəaliyyət göstərən jurnalistlərlə səmimi söhbət edərək onları narahat edən problemlərlə maraqlanıb.Qeyd edilib ki, əsası 151 il bundan əvvəl Həsənbəy Zərdabi tərəfindən qoyulan Azərbaycan mətbuatı bu gündə yeni uğurlarla irəliləməkdədir.
Tədbirdə regionda fəaliyyət göstərən jurnalistlər də çıxış edərək ölkəmizdə media nümayəndələri üçün yaradılan şəraitdən danışıblar.
Tədbirin sonunda , Şabran Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov bölgədə fəaliyyət göstərən media nümayəndələrini Fəxri Fərman və hədiyyələrlə təltif edib.






Nüşabə Baxşıyeva

