Polis əməkdaşları Ağsu rayonunun Ərəbmehdibəyli, Cəlilabad rayonunun Alar, Sabirabad rayonunun Nərimankənd və Saatlı rayonunun Qaraçalar kəndlərində ötən gün baş verən yanğınlarla bağlı araşdırma aparıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, aparılan araşdırma nəticəsində yanğınların baş verməsində həmin rayonların sakinləri G.Məmmədov, F.Fərəcov, M.Əzizov, S.Şahəliyev və R.Məcidinovun əli olduğu müəyyən edilib.
Yanğınlar nəticəsində ümumilikdə təxminən 2 hektar sahədə biçilmiş əkin sahələri və kolluqlar yanıb.
Müəyyən edilən şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.


