Tanınmış fitnes məşqçisi Kamil Zeynallı eşşəyə qarşı amansız rəftar edən şəxsi ifşa edib.
Den.az bildirir ki, sosial şəbəkə hesabında bu barədə paylaşım edən idmançı qoşqu vasitəsi kimi istifadə edilən heyvanı “Niva” markalı maşına bağlayaraq ardınca sürüyən şəxsi sərt şəkildə qınayıb.
Zeynallı dəhşətli görüntüləri sosial şəbəkə hesabında paylaşaraq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin “İnstagram” hesabını işarələyib və tədbir görülməsini xahiş edib:
“Daxili İşlər Nazirliyindən xahiş edirəm, hər zaman haqqın yanında olan polisimiz “Niva” sürücüsünə cəza versin. Bu dəfə eşşəyi sükan arxasına keçirək, sürücünün boynuna ip bağlayıb bu cür edək. Məncə, eşşək buna razı olmaz, çünki eşşəkdə olan şərəf bu alçaq sürücüdə yoxdur! Xahiş edirəm, tədbir görün”./yenisabah.az/
Həmin görüntüləri təqdim edirik:
[media=]
“Eşşəkdə olan şərəf bu alçaqda yoxdur!” – Kamildən ağır sözlər – VİDEO

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.