Avqustun 23-də gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb.
Denmedia.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Abşeron yarımadasında cənub-şərq küləklərinin üstünlük təşkil etməsi, havada rütubətin bir qədər yüksək olması və isti diskomfort hava şəraitinin yaranması gözlənilir.
Qeyd olunub ki, belə hava şəraiti meteohəssas insanlar üçün əsasən əlverişsiz hesab edilir.

