Azərbaycan Dövlət Televiziya və Radiosunda müxtəlif məsul vəzifələrdə çalışmış jurnalistika veteranı, Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı 88 yaşında vəfat edib.
Denmedia.az xəbər verir ki, bu barədə Xalq artisti Əli Məhəmmədoğlu məlumat verib.
Zöhrab Zeynallı 1938-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində anadan olub. O, 2007-ci ilin yanvarına qədər Dövlət Televiziya və Radio Verilişləri Komitəsində şöbə müdiri, baş redaktor və proqram direktoru kimi məsul vəzifələrdə çalışıb.
Uzun illər Azərbaycan jurnalistikasına və televiziya-radio sahəsinə xidmət edən Zöhrab Zeynallı “Qızıl qələm” və Həsən bəy Zərdabi mükafatlarına, “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb. O, həmçinin Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olub.
Zöhrab Zeynallı görkəmli Azərbaycan türkoloqu, filologiya elmləri doktoru, professor Fərhad Zeynalovun qardaşıdır.

