Siyəzən rayonunda iribuynuzlu mal qara şəhəri bərbad hala salıb

“Den.az” xəbər verir ki, bu barədə qaynar xəttə göndərilən video görüntüdə bildirilir
Sakinlər bildirilər ki, hara baxırsan mal qaraya rast gəlirsən. Şəhərin girişində bir sürü inək qazonları yeyərək yararsız hala salır. Bunu yoldan keçən şəhər sakinləri görsə də heç bir əhəmiyyət vermirlər.
Bu acınacaqlı mənzərə Bakı-Quba yolunun üstündədir. Bildirilir ki, hər gün Siyəzəndə inəklər bu yerdə otlayır və buna aidiyyatı təşkilatlardan əhəmiyyət verən tapılmır. Miyonlarla xərc çəkilərək dizayn olunmuş bu yerlərə diqqət ayıranda yoxdur. Dövlətin vəsaiti hesabına tikilən bu tiklilərin üstündəki qazon qatını mal dırnağı sıradan çıxarır, dekorativ ağacları isə məhv edilir.
Bəs görədən əraziyə cavabdeh olan Siyəzən Şəhər İcra Hakimiyyəti hara baxır? Başları nəyə qarışıb?
Məsələ ilə bağlı Siyəzən şəhər İcra Hakimiyyəti ilə əlaqə saxladıq.İcra Hakimiyyətindən bildirilib ki, məlum məsələdən xəbərləri yoxdur və operativ tədbir görüləcək.
Açıqlamadan da hər şey aydın görünür. Ümid edirik , Siyəzən şəhər İcra Hakimiyyəti rəhbərliyi qəflət yuxusundan tezliklə oyanacaq və Dövlət hesabına görülən bu abadlığı qoruyub saxlaya biləcək.