Rusiyadan Azərbaycana idxal edilən bitki əsaslı spred məhsulunun yoxlanılması zamanı qida təhlükəsizliyi tələblərinə uyğunsuzluq aşkarlanıb.
Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Laborator müayinələr zamanı Rusiyanın “Vita Milk” MMC şirkətinə məxsus “Krestyanskoe çudo” markalı spred məhsulunda 3-monoxlorpropan-1,2-diolun (3-MCPD) miqdarının yol verilən normadan artıq olduğu müəyyən edilib.
Qanunvericiliyin tələblərinə uyğun olaraq məhsulun ümumi çəkisi 20 ton olan bütün partiyasının mənşə ölkəsinə – Rusiyaya geri qaytarılması barədə qərar qəbul olunub.

