“Böyük Qayıdış” proqramı çərçivəsində Cəbrayılın Soltanlı və Zəngilanın Cahangirbəyli kəndlərinə növbəti köç karvanı yola salınıb. Bu mərhələdə ümumilikdə 35 ailə – 155 nəfər doğma yurduna qayıdır.
Denmedia.az xəbər verir ki, köç Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq həyata keçirilir.
Bu mərhələdə Cəbrayıl rayonunun Soltanlı kəndinə 16 ailə (80 nəfər), Zəngilan rayonunun Cahangirbəyli kəndinə isə 19 ailə (75 nəfər) köçürülür.
Doğma torpaqlarına qayıdan sakinlər göstərilən hərtərəfli dövlət qayğısına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Onlar həmçinin torpaqlarımızı işğaldan azad edən Azərbaycan Ordusuna təşəkkür edib, Vətən uğrunda canlarından keçən şəhidlərimizin ruhuna rəhmət diləyiblər.

