Qazax rayonunda iki avtomobilin toqquşması nəticəsində 4 nəfər həlak olub, 1 nəfər yaralanıb. Ölənlərdən ikisi azyaşlıdır.
Denmedia.az xəbər verir ki, ağır yol-nəqliyyat hadisəsi Yuxarı Salahlı–Kəmərli avtomobil yolunda baş verib.
Qəza nəticəsində 3 nəfər hadisə yerində həlak olub, daha 2 nəfər xəsarət alaraq xəstəxanaya çatdırılıb. Yaralılardan birinin vəziyyəti ağır olduğundan onun həyatını xilas etmək mümkün olmayıb. Bununla da ölənlərin sayı 4-ə çatıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, həlak olanlardan üçü eyni ailənin üzvləridir. Onlar ata, onun azyaşlı qızı və bacısı oğludur.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

