Hacıqabul rayonunda 3,2 maqnitudalı zəlzələ baş verib.
Denmedia.az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Yeraltı təkanlar Şirvan stansiyasından 32 kilometr şimal-qərbdə, 45 kilometr dərinlikdə qeydə alınıb.
Zəlzələ hiss olunmayıb.

