Türkiyənin məşhur aktyorları Kerem Bürsin və Demet Özdemirin yeni reklam müqaviləsindən milyonlarla lirə qazanacağı iddia olunur.
Türkiyəli jurnalist Birsen Altuntaşın məlumatına görə, Prime Video-nun “Grand Maison İstanbul” serialında baş rolları paylaşmağa hazırlaşan aktyorlar çəkilişlər başlamazdan əvvəl “İpana” diş məcunu brendinin reklam siması olublar.
Ötən həftələrdə reklam çarxı və fotosessiya üçün kamera qarşısına keçən ikilinin ikiillik müqavilə qarşılığında hərəyə 30 milyon lirə alacağı bildirilir. Beləliklə, reklam kampaniyasının ümumi dəyərinin 60 milyon lirəyə çatacağı iddia edilir.

Lakin sözügedən məbləğ nə aktyorlar, nə də brend tərəfindən rəsmi təsdiqlənib. Reklam çarxının noyabrın sonunda yayımlanması planlaşdırılır.
Kerem Bürsin və Demet Özdemir daha sonra “Grand Maison İstanbul” serialında birlikdə rol alacaqlar. Yaponiyanın “Grand Maison Tokyo” layihəsi əsasında çəkiləcək səkkizseriyalı ekran işində Bürsin Ateş Leventoğlu, Özdemir isə Defne obrazını canlandıracaq.

“DASS Yapım”ın istehsalı olan serialın çəkilişlərinə 2026-cı ilin dekabrında başlanması nəzərdə tutulur.

