ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putinin Çində keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində mühüm görüşünün başladığı bildirilir.
Denmedia.az xəbər verir ki, liderlərin danışıqlarının əsas gündəmində Rusiya-Ukrayna müharibəsi, nüvə silahlarının məhdudlaşdırılması, İrandakı münaqişə və Vaşinqton-Moskva münasibətləri dayanır.

Çinin Şençjen şəhərində keçirilən sammit çərçivəsində Çin Prezidenti Si Cinpinin də iştirakı ilə üçtərəfli görüş nəzərdə tutulub.
ABŞ, Rusiya və Çin liderlərinin görüşündə qlobal təhlükəsizlik, ticarət və iqtisadi münasibətlərin də müzakirəsi gözlənilir.
Beynəlxalq ictimaiyyətin diqqəti dünya siyasətinə təsir göstərə biləcək danışıqlara və onların mümkün nəticələrinə yönəlib.

