2026-cı ilin oktyabrında avrozonada və Avropa İttifaqında (Aİ) illik inflyasiya 4 faizə yüksəlib. Sentyabrda bu göstərici 3,8 faiz olub.
Denmedia.az xəbər verir ki, bu barədə Avropa İttifaqının Statistika İdarəsi (Eurostat) məlumat yayıb.
Ötən ilin eyni dövründə inflyasiya avrozonada 2,1 faiz, Avropa İttifaqında isə 2,5 faiz təşkil edib.
Oktyabrda ən aşağı inflyasiya İsveçdə (0,6 faiz), Çexiya və Danimarkada (hər birində 2,1 faiz) qeydə alınıb. Ən yüksək göstəricilər isə Rumıniyada (7 faiz), Litvada (6,1 faiz) və Bolqarıstanda (5,9 faiz) müşahidə olunub.
Oktyabrın əvvəlində İspaniya Mərkəzi Bankı ölkədə qiymət artımının avrozona ilə müqayisədə daha güclü təzyiq yaratdığını bildirərək inflyasiya proqnozunu yüksəldib. Bankın hesablamalarına görə, 2026-cı ildə qiymətlər 3,9 faiz artacaq. Bu, iyunda verilən proqnozdan 0,3 faiz bəndi yüksəkdir.
Sentyabrda isə avrozonanın aparıcı iqtisadiyyatlarında inflyasiya son illərin ən yüksək səviyyəsinə çatıb.

