ABŞ Prezidenti Donald Tramp Rusiya və Ukrayna liderləri Vladimir Putinlə Volodimir Zelenskinin bir-biri ilə ortaq dil tapmalı olduğunu bildirib.
Denmedia.az xəbər verir ki, Tramp bu barədə “Fox News” telekanalına müsahibəsində danışıb.
“Qulaq asın, onlar ortaq dil tapmalıdırlar. Bu iki şəxs bir-birinə nifrət edir, amma yola getməyi bacarmalıdırlar”, – deyə ABŞ lideri vurğulayıb.

