Beyləqan rayonunda avtomobilin su arxına aşması nəticəsində bir nəfər həlak olub, daha bir nəfər xəsarət alıb.
Denmedia.az apa-ya istinadən xəbər verir ki, ağır yol-nəqliyyat hadisəsi rayonun Bahar qəsəbəsində baş verib.
Arif Aslanov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsi su arxına aşıb.
Qəza nəticəsində sürücü Arif Aslanov hadisə yerində həlak olub. Avtomobildə olan 1967-ci il təvəllüdlü sərnişin Həbib Kərimov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı cinayət işi başlanılıb.

