Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı baş tutub.
Denmedia.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirlər Azərbaycan-Türkiyə müttəfiqlik münasibətlərinin inkişafını, müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın genişləndirilməsi perspektivlərini, həmçinin regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə ediblər.
Telefon danışığı zamanı tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.

